Palmerdən rekord göstərici

09.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi"nin futbolçusu Kol Palmer Premyer Liqada rekorda imza atıb. Sport24.az xəbər verir ki, ingiltərəli hücumçu Premyer Liqada "Tottenhem"lə oyunda penaltilərdən 2 qol vurub.

Palmer Premyer Liqada ilk 12 penaltisinin hər birini qola çevirib. O, 100 faizlik göstərici ilə rekorda imza atıb. Bundan əvvəl keçmiş futbolçu Yaya Tura "Mançester Siti"də ilk 11 penaltisini qola çevirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью