sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Palmeyras" "Copa Libertadores" turnirinin qalibi olaraq, Qitələrarası Kubokda (Intercontinental Cup) iştirak etmək hüququ qazanıb. Sport24.az xəbər verir ki, Braziliya klubu dekabrın 9-da Meksika təmsilçisi "Toluka" ilə qarşılaşacaq.
Copa Libertadores"in qalibi qələbə qazanacağı təqdirdə, dekabrın 12-də Cənubi Afrikanın "Mamelodi Sandauns" komandası ilə üz-üzə gələcək. Braziliyalılar bu matçdan da qalib ayrılsa, dekabrın 16-da keçiriləcək finalda PSJ ilə qarşılaşacaq. Turnirin həlledici qarşılaşmaları Qətərdə baş tutacaq.
Qeyd edək ki, "Copa Libertadores"in finalında "Palmeyras" "Estudiantes"i 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu Ramon Sosa vurub. Bununla da "Palmeyras" tarixində dördüncü dəfə bu kuboku qazanıb. Komanda sonuncu dəfə 2021-ci ildə çempion olmuşdu.