Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
PalmPay əhatə dairəsini genişləndirməyə davam edir. Bu günə kimi yalnız marketlərdə istifadə olunan texnologiya yeni sektora - apteklərə daxil olur.
Zeytun Pharmaceuticals şirkətinin PharmaStore apteklər şəbəkəsi PalmPay ilə əməkdaşlığa başlayır. Ovuc ilə ödəniş sistemi artıq Üzeyir Hacıbəyov küçəsi 63C ünvanında yerləşən “PharmaStore”da aktivdir.
Bu yenilik “PalmPay”in müxtəlif sahələrdə tətbiqinin genişləndirilməsi və istifadəçilər üçün alternativ ödəniş təcrübəsinin daha əlçatan olması istiqamətində növbəti addımdır. Artıq PharmaStore müştəriləri də ödəniş zamanı bank kartı və ya mobil telefondan istifadə etmədən, sadəcə ovuc ilə ödəniş təcrübəsini sınaya biləcəklər.
“PalmPay”dən istifadə etmək istəyən hər kəs qeyd olunan ünvandakı “PalmPay” stendinə yaxınlaşaraq ovuc biometrikasını sistemə tanıtmalıdır. Daha sonra kassada sadəcə əlini cihaza yaxınlaşdırmaqla ödənişi sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilər.
Qeyd edək ki, ovuc ilə ödənişlər hazırda 20-dən çox məntəqədə istifadəçilərin xidmətindədir. “PalmPay”in əlçatanlığını artırmaq məqsədilə texnologiyanın daha çox satış və xidmət nöqtəsində aktivləşdirilməsi prosesi davam edir.