PalmPay artıq “Bazarstore”da!

30.09.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Ovuc ilə ödəniş daha 5 ünvanda aktivləşdirildi

“PalmPay”in əhatə dairəsi sürətlə böyüyür. MPAY tərəfindən təqdim olunan biometrik ödəniş texnologiyası “Bazarstore” supermarketlər şəbəkəsinin 5 filialında istifadəyə verilib.

Artıq həmin filiallarda müştərilər alış-veriş zamanı ödənişlərini sadəcə ovuc vasitəsilə tamamlaya bilərlər.

“PalmPay”in aktiv olduğu “Bazarstore” filialları:

1. Bazarstore Gənclik - F.X. Xoyski prospekti 830

2. Bazarstore - Baku City Residence

3. Bazarstore Xətai - Babək prospekti 1129

4. Bazarstore - Park Bulvar

5. Bazarstore Baku Mall - Zərdabi prospekti

Ovuc ilə ödəniş təcrübəsini sınamaq üçün müştərilərin əvvəlcədən sistemdə qeydiyyatdan keçməsi tələb olunur. Qeydiyyat prosesi yuxarıda qeyd olunan ünvanlarda yerləşən PalmPay stendlərində həyata keçirilir.

Proses uğurla tamamlandıqdan sonra istifadəçilər alış-veriş zamanı kart və ya mobil telefondan istifadə etmədən, sadəcə ovuclarını PalmPay cihazına yaxınlaşdırmaqla ödənişi həyata keçirə bilərlər. Bu həll ödəniş prosesini sadələşdirərək istifadəçilərə sürətli, rahat və təhlükəsiz ödəniş imkanı yaradır.

“Bazarstore”un 5 filialının da PalmPay şəbəkəsinə qoşulması ilə xidmətin əhatə dairəsi daha da genişlənib. Hazırda ovuc ilə ödəniş texnologiyası 15-dən çox satış nöqtəsində aktivdir. “PalmPay”in daha çox məkanda əlçatan olması üçün qeydiyyat ünvanlarının artırılması prosesi davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью