Palms Sports Arena liderlərin qarşıdurması

09.10.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 7-ci turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Sabah"ı qəbul edir.

Bu oyun nəinki günün, hətta turun mərkəzi qarşılaşması hesab olunur. Hər iki komandanın hesabında 15 xal olsa da, meydan sahibləri turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qonaqlar isə ikincidir. Onu da nəzərə almaq lazımdır ki, "Sabah"ın bir görüşü təxirə salınıb. Heç şübhəsiz ki, azarkeşləri çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçəcək bir oyun gözləyir.

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün baş tutacaq.

Misli Premyer Liqası

I dövrə, VII tur

19:30. "Neftçi" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Bakı. "Palms Sports Arena"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью