Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Rostov vilayətində qəribə hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, Ukrayna ordusunun gecə saatlarında Aksay şəhərinə atdığı dron hədəfə çatmayıb.
Daha doğrusu, yaşayış evinə yönəlmiş dron paltar ipinə ilişərək pəncərənin qarşısında asılı qalıb. Dron cəmi 1 metr irəli getsəydi, partlayışın gücündən azı 1 ailə məhv olacaqdı.
Dronun zərərsizləşdirilməsi üçün binanın sakinləri təxliyə edilib.
Vüqar