Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi insanlar onlayn satış platformalarından məhsul əldə etmək üçün deyil, qadınları narahat etmək üçün istifadə edir. Əlaqə üçün qeyd edilən mobil nömrəyə zəng vurur, mesaj yazaraq qarşı tərəfdə narahatlıq yaradır. Maraqlıdır, bu şəxslər cəmiyyət arasında özlərini çox zaman normal göstərə bilirsə, onlayn aləmdə nə üçün bu cür hərəkətlər edirlər?
Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, alış-veriş platformalarında müxtəlif sui-istifadə halları meydana gəlir:
"Xüsusilə dələduzluq, şantaj və şəxsi məlumatların qanunsuz əldə edilməsi kimi hallar cəmiyyətdə ciddi narahatlıq doğurur. Problemin əsas mənbəyi alış-veriş platformalarında təhlükəsizlik mexanizmlərinin və istifadəçi qoruma qaydalarının yetərli səviyyədə olmamasıdır. Mövcud nəzarət mexanizmləri bir çox hallarda bu cür əməllərin qarşısını almaqda zəif qalır".
Bakıda manyaklar peyda olub — Lalafo və tap.az-da...
O bildirib ki, ilkin mərhələdə alış-veriş platformalarında təhlükəsizlik qaydaları gücləndirilməli, istifadəçilərin məlumatlarının qorunması daha ciddi şəkildə təmin edilməlidir:
"Eyni zamanda bu platformalardan sui-istifadə edən şəxslər barəsində hüquqi mexanizmlər işə salınmalı və onların əməlləri cəzasız qalmamalıdır. Cəzasızlıq bu halların daha da artmasına şərait yaradır və yeni qurbanların yaranmasına yol açır.
Xüsusilə qadınlar və gənclər bu cür risklərə qarşı daha həssas qrup hesab olunur. Onlar hər hansı təzyiq, təhdid və ya aldadılma halları ilə qarşılaşdıqda susmamalı, özlərini günahkar hesab etməməlidirlər. Belə hallarda məsuliyyət tam şəkildə qarşı tərəfin üzərinə düşür. Zərərçəkən şəxslər mütləq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməli, şikayətlər ciddi şəkildə araşdırılmalıdır".
Psixoloq deyib ki, bu cür əməllərlə məşğul olan şəxslərin ifşa olunması və onların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması da mühüm önləyici rol oynayır:
"Bu, həm potensial qurbanların məlumatlılığını artırır, həm də başqalarına xəbərdarlıq xarakteri daşıyır. Onlayn platformalardan asan qazanc əldə etmək və ya seksual məqsədlər üçün istifadə edən şəxslərin qarşısının alınması üçün daha sərt nəzarət mexanizmləri tətbiq olunmalıdır. Nəticə etibarilə alış-veriş platformalarında, sosial şəbəkələrdə məxfilik və təhlükəsizlik məsələləri təkcə fərdi məsələ deyil, dövlət səviyyəsində tənzimlənməli olan mühüm ictimai problemdir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, alış-veriş platformalarında müxtəlif sui-istifadə halları meydana gəlir: