Paltaryuyan maşına atılan “powerbank” bomba kimi partladı VİDEO Yeni Çağ Media

25.12.2024

Icma.az, Yenicag saytına istinadən bildirir.

İstanbulda yerləşən bir camaşırxanada paltaryuyan maşına atılan “powerbank” partlayıb. Hadisə “powerbank”ın içindəki litium-ion batareyasının şişməsi nəticəsində baş verib.

Yenicag.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ciddi bir ziyan meydana gəlib.

Qeyd olunur ki, camaşırxana hadisə baş vermədən 10 dəqiqə əvvəl işini tərk edərək faciədən xilas olub. Hadisə yerində təhlükəli anlar yaşanıb və yanğın dərhal söndürülüb.

Məsimə Məmmədova

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью