Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Paltaryuyan maşınların daxilində yığılan ərp və kirlər cihazın mühərrikini sıradan çıxararaq baha başa gələn təmirə ehtiyac yaradır.
Demokrat.az saytı xəbər verir ki, sadə məişət qaydalarına əməl etməklə paltaryuyan maşınların iş səmərəliliyini artırmaq və nasazlıq riskini minimuma endirmək mümkündür. Çox vaxt istifadəçilərin kiçik hesab etdiyi detallar cihazın ömrünü yarıbayarı qısaldır.
Maşının ömrünü uzatmaq üçün ən vacib addım filtr təmizliyidir. Hər 3 aydan bir maşının aşağı hissəsində yerləşən filtri açıb orada yığılan qəpik, saç və digər qalıqları təmizləmək mühərrikin yükünü azaldır. Bundan əlavə, yuyulma bitdikdən sonra maşının qapağını və yuyucu toz qutusunu açıq saxlamaq lazımdır. Bu, daxildə rütubətin qalmasının və nəticədə kif qoxusunun yaranmasının qarşısını alır. Artıq yuyucu toz istifadə etmək isə paltarları daha təmiz etmir, əksinə, borularda qalıqlar yaradaraq cihazın drenaj sistemini korlayır. Düzgün qulluq edilən məişət texnikası həm elektrik enerjisinə qənaət edir, həm də yeni cihaz almaq xərclərindən azad edir.
Əgər maşından xoşagəlməz qoxu gəlirsə, boş barabana bir qədər sirkə və ya limon duzu əlavə edərək ən yüksək temperaturda yuma rejiminə qoymaq olar. Bu üsul borulardakı ərpi təmizləyərək suyun daha rahat dövr etməsini təmin edir. Həmçinin, rezin contaların (mollas) arasını mütəmadi olaraq silmək su sızmalarının qarşısını alır.
Qeyd edək ki, paltaryuyan maşınınızın daxili sistemini qorumaq üçün yuma zamanı barabanın həcmindən çox paltar yükləməməyə çalışın, çünki bu, amortizatorların tez sıradan çıxmasına səbəb olur.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az saytı xəbər verir ki, sadə məişət qaydalarına əməl etməklə paltaryuyan maşınların iş səmərəliliyini artırmaq və nasazlıq riskini minimuma endirmək mümkündür. Çox vaxt istifadəçilərin kiçik hesab etdiyi detallar cihazın ömrünü yarıbayarı qısaldır.