Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Artıq Avropa ölkələrində də bizdəki kimi havalar soyuyub, bəzi ölkələrdə artıq ilk qar yağıb.
Avropanın əksər ölkələrində qışda qalın geyinən sürücülərə cərimə tətbiq edilir.
Kimsə avtomobili yüngül gödəkçə ilə idarə edirsə, heç bir problem yoxdur. Lakin ağır palto ilə hərəkət etmək inzibari xəta predmetidir.
Səbəb də konkretdir. Avropa ölkələrinin çoxunda qanunvericilər hesab edirlər ki, qalın geyim sürücünün manevr imkanlarını məhdudlaşdırır.
Almaniyada qəzaların analizi zamanı sübut olunub ki, çox qalın palto qəza və ya kəskin tormozlama zamanı sürücünün qaraciyəri, yaxud bağırsaqlarının zədələnməsi ilə nəticələnə bilər.
Çünki qalın geyim zamanı təhlükəsizlik kəməri sinədə deyil, daha aşağı hissədə durur.
Bu səbəbdən qalın geyimə görə Fransada 35 avro, Belçikada 174 avro, İspaniya və Almaniyada 200 avro cəza müəyyən edilib.