Pam Bondi Epşteyn sənədlərinə görə TƏNQİD EDİLDİ

16.02.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Baş prokuroru Pam Bondi Konqres üzvlərinə "Epşteyn sənədləri"ndəki adları əks etdirən altı səhifəlik siyahı göndərdiyi üçün tənqid olunub.

Bakıvaxtı.az-ın xəbərinə görə, xarici mətbuat bildirir ki, sənəddə adı çəkilən şəxslərin Epşteynlə birbaşa əlaqəsi olub-olmadığı məlum deyil.

Nümayəndələrdən Ro Xanna və Nensi Meys siyahının senzurasız və izahsız yayımlanmasının absurd olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi isə siyahının yalnız Epşteyn sənədlərindəki adları əks etdirdiyini açıqlayıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью