Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyənin BMC şirkətinin istehsal etdiyi PAMİR 4x4 taktik təkərli nəqliyyat vasitəsi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş olunub.
Axar.az Report-a istinadla xəbər verir ki, nəqliyyat vasitəsi yük və heyət daşınması üçün nəzərdə tutulmuş çoxtəyinatlı taktiki zirehli maşındır.
O, şəxsi heyətin və yüklərin çətin ərazi şəraitində təhlükəsiz daşınması üçün kamuflyaj rənglənməsinə, müasir işıqlandırma sistemlərinə və möhkəm ön barmaqlıq strukturuna malikdir.