Panama Donald Trampdan BMTyə şikayət edə bilər

11.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, ölkəsi BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən məlumat verib.

Sabiq prezident vurğulayıb ki, Xose Raul Mulino Donald Trampın yanvarın 20-dən (andiçmə mərasimi baş tutacaq) sonra atacağı addımları gözləyir.

Xatırladaq ki, D.Tramp bu yaxınlarda Vaşinqtonun Panama kanalına nəzarəti qaytarmalı olduğunu bəyan edib, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin tərəfdarı olduğunu söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью