Panama Trampa ötkəm cavab | Icma.az
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az bildirir ki, Panamanın Xarici İşlər naziri Hahyer Martines-Aça Vaskes ABŞ-nin yeni prezidenti Donald Trampın Panama kanalı ilə bağlı iddialarına belə cavab verib.
“Kanalımızın suverenliyi müzakirə oluna bilməz. Kanalımız bəşəriyyətə və onun ticarətinə xidmət etmək üçün yaradılıb.
Bu, bizim dünyaya təklif etdiyimiz ən böyük dəyərlərdən biridir: heç bir münaqişəyə qarışmamaq barədə beynəlxalq ictimaiyyətin zəmanət vermək.
Kanala nəzarət edən yeganə əllər panamalılardır və həmişə belə olacaq”, - Panama XİN-in rəhbərinin mətbuat kofransında dediklərindən CNN telekanalı sitat gətirib.
Dünən ABŞ-nin gələcək prezidenti Donald Trampın jurnalistlərə açıqlamasında Panama kanalının Amerikanın nəzarətinə qaytarılması üçün güc tətbiqini istisna etmədiyi və Panama hakimiyyəti ilə kanal məsələsi ətrafında müzakirə apardığını söylədikdən sonra Havyer Martines-Aça Vaskes belə bəyanat səsləndirib.
Sahil İsgəndərov AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu