Panama XİN: “Panama Kanalı ABŞa satılmayacaq”

10.01.2025

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Panamalılar üçün kanal qiymətsizdir və bizi birləşdirən bir dəyərdir”

“Panama kanalı panamalılar üçün ölkə sakinlərini birləşdirən bir dəyərdir. Ona görə də heç kimə, o cümlədən ABŞ-a satılmayacaq”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu Panama xarici işlər naziri Xavyer Martinez Aça deyib.

“Panamalılar üçün kanal qiymətsizdir və bizi birləşdirən bir dəyərdir. Panamalıların mülkiyyəti olan kanal heç kimə heç bir imtiyaz verilmədən bütün beynəlxalq ictimaiyyətə, xüsusən də ABŞ-a uğurla xidmət edir”, - nazir qeyd edib.

Aça həmçinin vurğulayıb ki, kanaldan istifadəni ən çox Amerikanın Hyuston limanı edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью