Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 9 oktyabr, AZƏRTAC

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri Pitaloza-Arriba yaşayış məntəqəsindən təxminən 10 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ paytaxt Panama Sitidə də güclü hiss olunub.

ABŞ-nin Sunami Xəbərdarlığı Mərkəzi Panama, Kolumbiya, Ekvador, Nikaraqua və Qvatemala sahilləri üçün mümkün sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.

Panamanın Mülki Müdafiə Xidməti episentrə yaxın bölgələrdə mümkün dağıntıları araşdırır. Hələlik insan tələfatı və ciddi dağıntılar barədə məlumat yoxdur.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью