525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərkəzi Amerika ölkəsi Panamada 7.7 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri ölkənin cənubunda, Sakit okean sahillərinə yaxın Pitaloza Arriba yaşayış məntəqəsi yaxınlığında olub.
Yeraltı təkanlar nəticəsində yaşayış binaları, yollar, xəstəxanalar və ictimai obyektlər ziyan görüb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.
Tokumen Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Panama prezidenti Xose Raul Mulino hadisəni böyük bir fəlakət kimi xarakterizə edib.
İlkin rəsmi məlumatlarda ölüm halları qeyd olunmasa da, axtarış-xilasetmə və zərərin qiymətləndirilməsi işləri davam edir.
İbrahim Cəfərov