Panamada 8 ballıq zəlzələ oldu SUNAMİ TƏHLÜKƏSİ

09.10.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Panamada 8 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələdən sonra Sakit okean sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar cümə günü Qrinviç vaxtı ilə saat 17:56-da qeydə alınıb. Zəlzələnin episentri Pitalosa-Arriba yaşayış məntəqəsindən 14 kilometr cənub-qərbdə yerləşib. Ocağın dərinliyi 33 kilometr olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Panama, Kolumbiya, Kosta-Rika, Ekvador və Mərkəzi Amerika ilə Sakit okean hövzəsindəki digər ölkələrin sahillərində təhlükəli sunami dalğalarının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью