Panamada güclü yağışlar 5 nəfərin ölümünə səbəb olub

06.11.2024

Icma.az, Operativmedia saytına istinadən bildirir.

Panamada son tropik qasırğanın səbəb olduğu güclü yağışlar nəticəsində ikisi azyaşlı olmaqla, azı 5 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

Milli Mülki Müdafiə Sisteminin məlumatına görə, beş qurbandan dördü suda boğulub, biri torpaq sürüşməsi nəticəsində ölüb.

Panama Təhsil Nazirliyi bütün ölkədə dərsləri ləğv edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью