Panamada Trampın portreti yandırıldı

24.12.2024

Manset saytına istinadən Icma.az xəbər verir.

Panamada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək istəyi ilə bağlı sözlərindən sonra etiraz nümayişi keçirilib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı onun portreti və ABŞ bayrağı yandırılıb.

Nümayiş əvvəlcə həmkarlar ittifaqlarının Panama hökumətinin sosial siyasəti ilə razılaşmaması üzrə keçirilməli idi. Lakin təşkilatçılar Trampın Panama kanalını geri almaq niyyəti ilə bağlı sözlərinə etiraz etmək fürsətini qaçırmayıblar.
Etirazçılar Panama hökumətindən qəti cavab tələb ediblər.

Bundan əvvəl dekabrın 22-də Tramp bildirib ki, Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə keçə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью