“Panasonic” 10 000 işçisini ixtisar edəcək

09.05.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Yaponiyanın “Panasonic” korporasiyası böyük restrukturizasiya çərçivəsində ölkə daxilindəki və xaricdəki ofislərində 10 000 işçini ixtisar etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) məlumat yayıb.
Telekanalın məlumatına görə, ixtisarlar ilk növbədə satış və idarəetmə departamentlərinə təsir edəcək.
Digər tərəfdən, “Panasonic” gələcəkdə şirkət üçün son illər sərfəli olmayan televiziya istehsalı biznesindən çıxmağı planlaşdırır.
Yapon korporasiyası həmçinin məişət texnikasının hazırlanması, istehsalı və satışı ilə bağlı yanaşmasını tamamilə yenidən nəzərdən keçirmək niyyətindədir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью