Panatinaikos un türk qadın məşqçisi qəza törədib

08.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yunanıstanın qadınlardan ibarət "Panatinaikos" basketbol klubunun türkiyəli məşqçisi Selen Erdem avtomobili ilə qəza törədib.

Oxu.Az xəbər verir ki, bu barədə Sport24.gr portalı məlumat yayıb.

Belə ki, Selen Erdem idarə etdiyi maşını motosikletə çırpıb. Qəza nəticəsində 37 yaşlı məşqçi sağ ayağından xəsarət alıb. İnsidentdən dərhal sonra hadisə yerinə gələn yol polisi məşqçini alkoqol testindən keçirib. Testin nəticəsi mənfi çıxıb.

Məlumat üçün əlavə edək ki, Selen Erdem çılğınlığına, əl-qol hərəkətlərinə görə həmyerlisi, məşhur futbol mütəxəssisi Fatih Terimi xatırladır. Mətbuatda ona "Dişi Fatih Terim" ləqəbi verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью