Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Ümumdünya Səhiyyə Təşkilatının məruzəsinə əsasən pandemiya sona çatıb. Bununla bağlı məsələ sona çatıb. Lakin COVİD -19 pandemiyasını yaradan “SARS-2” virusu yoxa çıxmayıb”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, COVİD sonuncu “Omicron” ştammı mutasiya variantında davam edir:
“Pandemiya zəncirinin qırılmasında vaksinasiyanın böyük rolu oldu. Amma bununla mübarizədə koordinasiya olmadığına görə, epidemik ocaqlar davam edir”.
Adil Qeybulla: Payızda müxtəlif epidemioloji vəziyyətlə üz-üzə qala bilərik
Müsahibimiz bildirib ki, COVİD-19 virusunun qrip kimi hər il yenidən peyda olması, “Sars-1” və “Mers” ştammları kimi yoxa çıxması sual altındadır:
“Bununla bağlı birmənalı fikir söyləmək çətindir. Məsələ burasındadır, bu mutasiya davam etdikcə ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda COVİD-19-a yoluxanlar olur. Hətta COVİD-dən ölüm halları da qeydə alınır. Sadəcə olaraq, insanlar buna alışıblar”.
“Payız gəlir və payızda müxtəlif epidemioloji vəziyyətlə üz-üzə qala bilərik”, - deyə Adil Qeybulla vurğulayıb.
Qeyd edək ki, Fransada COVİD 2026-cı ilin sentyabr ayının əvvəlində geri qayıdıb. Belə ki, COVID-19 şübhəsi ilə təcili yardım şöbəsinə müraciətlərdə cüzi artım müşahidə olunub. 1 iyun 2026-cı il tarixində hər 100 min nəfərdən yalnız 10,9-u COVID şübhəsi ilə bağlı təcili yardım şöbəsinə müraciət edirdisə, 24 avqust 2026-cı il tarixində, son qeydə alınan rəqəmlərə əsasən, bu rəqəm altı dəfədən çox artaraq hər 100 min nəfərdən 66-ya çatıb.
Aydın Baxış