Pandemiya dövrünün uşaqlara vurduğu zərər necə aradan qaldırıla bilər? Ekspertdən AÇIQLAMA…
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. Pandemiya dövründə doğulan və ya bu dövrü görən uşaqlar arasında autizm spektri pozuntuları,
Mütəxəssislərin fikrincə, bu problemlərin əsas səbəbi pandemiya şəraitində yaranan sosial və psixoloji mühitlə bağlıdır.
Bəs bu problemlərin əsas səbəbi nədir və necə aradan qaldırılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, karantin rejimi və sosial izolyasiya uşaqların normal inkişafı üçün zəruri olan stimulları məhdudlaşdırır: "Körpələr və kiçik yaşlı uşaqlar erkən yaş dövründə sosial-emosional əlaqələr və qarşılıqlı ünsiyyət yolu ilə inkişaf edir.
Lakin pandemiya səbəbindən bu proses pozuldu, ailədaxili ünsiyyət artdığı halda, uşaqların sosial mühitlə təması əhəmiyyətli dərəcədə azaldı".
Ekspert qeyd etdi ki, digər bir problem isə texnologiyadan həddindən artıq istifadə ilə bağlıdır: "Texnologiyadan ifrat istifadə də bu dövrdə doğulan və ya uşaqlıq dövrü pandemiya dövrünə təsadüf edən azyaşlılarda ciddi inkişaf problemlərinə səbəb olub.
Uşaqlar pandemiya dövründə daha çox ekran qarşısında vaxt keçirərək insanlarla ünsiyyətdən uzaq qaldılar.
Televizor və planşetlər vasitəsilə əldə olunan məlumatların interaktiv olmaması, nitqin inkişafı üçün zəruri olan qarşılıqlı əlaqəni əngəllədi.
Tam oxu
Xəbəri oxu