Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST bununla bağlı “Qlobal Sağlamlıq Təxminləri” adlı hesabat yayıb. Hesabatda insanların daha uzun yaşadığı, pandemiyanın qlobal səhiyyə sistemlərinə yaratdığı təsirlərdən sonra bir sıra göstəricilərin əvvəlki səviyyələrə qayıtdığı qeyd olunub.
Məlumata görə, sağlam ömür uzunluğunun bərpası isə daha yavaş gedir. 2023-cü ildə dünyada sağlam ömür gözləntisi 62,8 yaş olub. Bu göstərici 2019-cu illə müqayisədə 0,4 il aşağıdır.
Hesabatda dünyada ölüm səbəblərinin strukturunda da dəyişikliklərin baş verdiyi vurğulanıb. Bildirilib ki, yoluxucu olmayan xəstəliklərin ölüm hallarındakı payı son illərdə əhəmiyyətli dərəcədə artıb.
Belə xəstəliklərə diabet, ürək-damar xəstəlikləri, xərçəng, demensiya və digər xroniki xəstəliklər daxildir. 2023-cü ildə dünyada baş verən ölümlərin 74 faizi yoluxucu olmayan xəstəliklərin payına düşüb. 2000-ci ildə isə bu göstərici 58 faiz təşkil edib. ÜST-nin məlumatına əsasən, 2023-cü ildə dünyada ölümə səbəb olan 10 əsas amildən təxminən 8-i yoluxucu olmayan xəstəliklərlə bağlı olub. Təşkilat qeyd edib ki, bu dəyişiklik müxtəlif gəlir səviyyəsinə malik ölkələrdə də müşahidə olunur. Aşağı gəlirli ölkələrdə belə yoluxucu xəstəliklərin ölüm hallarındakı payı azalmağa başlayıb.
Aysel