“Pandemiyadan sonra film sahəsi daha da zəiflədi”

19.06.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Aktyor Müşviq Şahverdiyev Azərbaycanda film sahəsinin pandemiyadan sonra daha da zəiflədiyini bildirib.

Axşam.az xəbər verir ki, aktyor bu barədə “Qonaqcanlı” verilişində danışıb.

“Bizim ölkədə film sahəsi o qədər də güclü inkişaf etməyib. Pandemiyadan sonra bu sahə bir az da zəiflədi, kinoteatrlara gedən tamaşaçı sayı azaldı. Rusiyaya və Türkiyəyə baxanda biz bahalı aktyorlar sayılmırıq. Amma ölkəmizdə bir neçə aktyor var ki, onlara tələbat çoxdur və buna görə də qonorarları fərqli olur. Amma əvvəlki kimi deyil" deyə, aktyor bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью