Panik atak xəstəlik deyil, əlamətdir | Icma.az
Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Həyəcan, qorxu, təşviş, stress və gərginlik kimi anlar hər kəsin qarşılaşa biləcəyi hallardır, amma həmin hallar dəfələrlə təkrarlananda insan psixologiyasına mənfi təsir edir.
Hər kəs orta hesabla ömrünün 2,2 ilini əsəb gərginliyi şəraitində keçirir.
Bunun nəticəsində isə müasir psixologiyada panik atak adlanan hal yaranır.
AZƏRTAC xəbər verir ki, psixoterapevt Əli Nağıyevin dediyinə görə, panik atak xəstəlik yox, əlamətdir:” Həmin əlamət zamanı birdən-birə əllər soyuqlaşır, ürəkdə döyünmə hissi çoxalır, bədəni soyuq tər basır və ən pisi odur ki, ölüm qorxusu yaranır.
Sağlam adamda da panik atak təhlükəsi yarana bilər. Depressiyalı xəstələrdə panik atak təhlükəsi daha çox olur.
Panik atakdan şikayət edənlərdə heç bir patologiya aşkar edilmir və çox vaxt həmin nəticələrə inanmayaraq başqa həkimə üz tuturlar.
Bununla yanaşı, panik pozuntu adlanan nevroz forması da var, yəni hər an panikaya düşəcəyini gözləyirsən, başqa sözlə, panikadan panika yaranır.
Tam oxu
Xəbəri oxu