PAnın sabiq əməkdaşı idarə rəhbərliyini məhkəməyə verdi

14.12.2024

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Məlumata görə, tərəflər arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Lakin işin təfərrüatları bəlli deyil.
Mehman Qədimbəylinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.

Səlma Salahova iş üzrə hakim təyin edilib.
Mehman Qədimbəyli Prezident Adminstrasiyasının ləğv edilmiş ictimiai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun köməkçisi olub.
Bundan başqa, ötən il Türkiyədə həbs edilən azərbaycanlı "tiktoker”lərin siyahısında onun da adı keçirdi(Qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью