Pantomima Teatrında “GİL” tamaşasının premyerası olacaq AZƏRTAC

09.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 11-də Azərbaycan Dövlət Pantomima Teatrında “GİL” monotamaşasının premyerası keçiriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunub.

Əsərin müəllifi Pərviz Seyidli, tamaşanın rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, rəssamı Xəyyam Səmədov, geyim üzrə rəssamı Aygün Mahmudova, xoreoqrafı Elnur İsmayılov, bəstəkarı Əflatun Abdullayevdir.

Tamaşa yanvarın 12, 18, 19 və 26-da yenidən teatrın səhnəsində oynanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью