Pantomima Teatrında yeni tamaşa Gil

09.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

11 və 12 yanvar tarixlərində Azərbaycan Dövlət Pantomima Teatrında “Gil” mono tamaşasının premyerası olacaq.

Bu barədə Teleqraf.com-a Pantomima Teatrının direktoru Elman Rəfiyev məlumat verib.

O bildirib ki, tamaşa Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunur.

Əsərin müəllifi Pərviz Seyidli, tamaşanın rejissoru əməkdar artist Bəhruz Vaqifoğlu, rəssamı Xəyyam Səmədov, geyim üzrə rəssamı Aygün Mahmudova, xoreoqrafı Elnur İsmayılov, bəstəkarı Əflatun Abdullayevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью