Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Yunanıstanın PAOK klubu "Neftçi"nin futbolçusu Breno Almeyda ilə maraqlanır və bu barədə daha əvvəl məlumat vermişdik. Sport24.az xəbər verir ki, yerli jurnalist Yorqos Voyacis məsələ ilə bağlı paylaşım edib.
O, 28 yaşlı vingerin Yunanıstan təmsilçisinin maraq dairəsində olmasını təkzib etməyib.
"Futbolçu çıxışı ilə diqqət çəkməyi bacarıb. Cari mövsümdəki statistik göstəricilərini nəzərə alsaq, bu, təəccüblü deyil. PAOK-un cinah oyunçusu Andriya Jivkoviç də bir neçə klubun maraq dairəsindədir. Belə vəziyyətdə PAOK-un daha bir cinah oyunçusu transfer etməsi real görünür. Xüsusən də Jivkoviçin gələcəyinin qeyri-müəyyən olduğunu nəzərə alsaq. Breno Almeydanın "Neftçi" ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Azərbaycan klubu bu xəbəri təkzib etsə də, transfer bazarında vəziyyət hər an dəyişə bilər. Bunu zaman göstərəcək".
Qeyd edək ki, Breno Almeyda hazırda 10 qolla Misli Premyer Liqasının bombardiridir.