Paolo Maldini və Leonardo Pep Qvardiolanı milliyə gətirmək üçün danışıqlara başlayıblar

21.07.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya millisinin yeni texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo "Barselona", "Bavariya" və "Mançester Siti"nin sabiq məşqçisi Pep Qvardiola ilə görüşüblər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər Qvardiolanın İtaliya yığmasına baş məşqçi təyin edilməsi ehtimalını müzakirə ediblər. İtaliya Futbol Federasiyası (FIGC) həmçinin Roberto Mançini və Andrea Pirlonu da nəzərdən keçirir.

Antonio Konte də milli komandaya qayıtmaq ehtimalını istisna etməyib. Hazırda isə yığmanın "sükanı" müvəqqəti olaraq Silvio Baldiniyə tapşırılıb.

Qeyd edək ki, iyunun sonunda Covanni Malaqo federasiyanın yeni prezidenti seçilib.  Maldini və Leonardo isə bu ay təyinat alıblar. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью