Papa 2 dəfə ölümdən dönübmüş Həkimi danışdı

26.03.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun müddət xəstəxanada müalicə olunan Roma papası Fransisk 2 dəfə ölümdən dönüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, katoliklərin ruhani liderinin müalicəsini həyata keçirən professor Doktor Serxio Alferi fevralın 28-i axşam və martın 3-də Papanın səhhətinin qəfil pisləşdiyini və ölüm təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Qeyd edək ki, Vatikanın Dövlət başçısı Papa Fransisk fevralın 14-də səhhətində yaranan problemlərdən sonra ağır bronxit və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. O, 38 günlük müalicədən sonra ötən bazar evə buraxılıb.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью