Papa ağır xəstədir

14.10.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Katolik dünyasının rəhbəri, 71 yaşlı Roma Papası XIV Leoya ağciyər xərçəngi diaqnozu qoyulub.

“Yeni Sabah” xəbər verir ki, Vatikan rəsmilərinin yaydığı rəsmi bəyanata əsasən, Romadakı "Cemelli" klinikasında pontifikin sağ ağciyərinin aşağı payının çıxarılması məqsədilə cərrahi əməliyyat icra olunub. Cərrahi müdaxilədən sonra aparılan patoloji və histoloji analizlər nəticəsində ağciyər adenokarsinoması (xərçəng) diaqnozu rəsmən təsdiqlənib.

Vatikan nümayəndələri üç saata yaxın davam edən əməliyyatın uğurla başa çatdığını, hər hansı fəsadın yaşanmadığını və Katolik kilsəsinin rəhbərinin artıq palataya köçürüldüyünü bildiriblər. Həkimlər xəstəliyin erkən mərhələdə aşkarlandığını vurğulayaraq, XIV Leonun tam sağalması ilə bağlı nikbin proqnozlar veriblər. World Kilsələr Şurası və beynəlxalq ictimaiyyət Pontifikin tezliklə sağalması üçün dualar edildiyini açıqlayıb. Dördpendirli pizza

 Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью