Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma Papası XIV Leo Argentinaya səfəri zamanı ölkə prezidenti Xavyer Milenin iqtisadi siyasətini tənqid edib. ABŞ prezidenti Donald Trampın güclü dəstəyinə malik olan ifrat sağçı liderin həyata keçirdiyi sərt qənaət tədbirləri Papanın diqqət mərkəzində olub.
Turkustan.az xəbər verir ki, təxminən 40 ildən sonra Argentinaya ilk səfərini edən Papa XIV Leo Buenos-Ayresdə siyasi liderlər qarşısında çıxış edib.
Daha əvvəl Trampın immiqrasiya siyasətinə və İrana qarşı müharibəyə münasibətini tənqid edən Papa bu dəfə Milei hökumətinin dövlət xərclərini azaltmaq siyasətinə dolayı yolla etiraz edib.
O, iqtisadiyyatın xalqa xidmət etməli olduğunu vurğulayaraq, iqtisadi artımın cəmiyyətin bütün təbəqələrinə fayda verməsinin vacibliyini qeyd edib.
Papa bildirib ki, Argentina hökuməti xüsusilə işsizləri, pensiyaçıları, əlilliyi olan şəxsləri və gündəlik dolanışığını təmin etməkdə çətinlik çəkən insanları qorumağa diqqət yetirməlidir.
XIV Leo siyasi liderləri demokratiyanı qorumağa, fərqli fikirlərə hörmətlə yanaşmağa və hakimiyyətin səlahiyyət hədlərini aşmamağa çağırıb.
Aytən Yaşar/Turkustan.az