Papa beş həftə sonra ilk dəfə belə göründü FOTO

23.03.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Roma Papası Fransisk fevralın 14-dən bəri ilk dəfə olaraq ictimaiyyət qarşısında çıxış edib.

Globalinfo.az xəbər verir ki, Romadakı “Gemelli” xəstəxanasının eyvanından dindarları salamlayan 88 yaşlı katoliklərin lideri əlil arabasında oturub.

O, zəif səslə “Hamınıza təşəkkür edirəm” deyib.

Papanın sözləri izdiham tərəfindən coşğu ilə qarşılanıb.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью