Papa bu futbol klubunun azarkeşidir

10.05.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Vatikan tərəfindən seçilən yeni Papa XIV Leo qızğın futbol azarkeşidir. Onun sevimli klubunun İtaliyanın "Roma"sı olduğu üzə çıxıb.

"Unikal" xəbər verir ki, Papanın sirlərini ANSA jurnalistlərinə onun dostu yepiskop Cüzeppe Paqano açıqlayıb.

"Onun çoxlu hobbisi var, idmanı sevir. Fürsəti olanda stadiona getməkdən həzz alır. O, "Roma"nın böyük azarkeşidir", - yepiskop bildirib.

Bundan xəbərdar olan Klub artıq hədiyyə olaraq Papaya xüsusi köynək hazırlamağa başlayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью