Papa Fransisk Korsika adasına apostol səfərinə gedir AZƏRTAC

13.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vatikan, 13 dekabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Korsika adasına apostol səfərinə gedəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Roma Papası dekabrın 15-də Korsika adasında apostol səfərində olacaq. Pontifik səfər çərçivəsində dini konfransda iştirak edəcək, dindarlarla görüşəcək və 7000 möminin qarşısında çıxış edəcək. Bu, 87 yaşlı Fransiskin sayca 47-ci apostol səfəri, ziyarət etdiyi 67-ci ölkədir.

Eyni zamanda, bu, bir Papanın Korsika adasına ilk səfəridir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью