Papa Fransisk öldü: 4 vacib oyun təxirə salındı

21.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya A Seriyasının aprelin 21-nə planlaşdırılan oyunları təxirə salınıb.

Axar.az xəbər verir ki, buna səbəb Papa Fransiskin ölümü olub.

Qeyd edək ki, bu gün İtaliya çempionatında 4 oyun keçirilməli idi:

"Torino"-"Udineze",

"Kalyari"-"Fiorentina",

"Genuya"-"Latsio",

"Parma"-"Yuventus".

Xatırladaq ki, İtaliya çempionatının turnir cədvəlinə 71 xalla "İnter" başçılıq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью