Papa Fransisk: Qəzzada soyqırımı olubolmadığı araşdırılmalıdır AZƏRTAC

17.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vatikan, 17 noyabr, AZƏRTAC

Qəzzada baş verənlərin soyqırımı olub-olmadığı araşdırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Vatikanda qeyd olunacaq Müqəddəs Yubiley İli çərçivəsində yazdığı kitabda yer alıb.

“Bəzi ekspertlərin fikrincə, Qəzzada baş verənlər soyqırımı xüsusiyyətlərinə malikdir. Bunun ekspertlər və beynəlxalq təşkilatların müəyyən etdiyi texniki tərifə uyğun olub-olmadığı diqqətlə araşdırılmalıdır”, - deyə pontifik qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью