Papa Fransisk sağlığında Ukrayna ilə bağlı danışıqları dəstəkləyib

07.05.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Papa Fransisk sağlığında yayılmayan RİA Novosti-yə müsahibəsində Ukrayna ilə bağlı danışıqların zəruriliyindən danışıb, virtual da olsa, ümumi danışıqlar masasının təşkilinin vacibliyini vurğulayıb.

Müsahibənin mətnini agentliyə Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov təqdim edib və onunla şəxsən danışıb.

“Hər kəsin danışması lazımdır, baxmayaraq ki, biz hələ də hərbi əməliyyatları dayandıra bilməmişik. Amma söhbət zamanı sülh şansı dəfələrlə artır”, – Papa bildirib.

O əlavə edib ki, istənilən münaqişə həmişə sülh və danışıqlarla yekunlaşır.

ABŞ prezidenti Donald Tramp daha əvvəl ABŞ-a Ukrayna üzrə danışıqlar prosesindən çıxmağa icazə vermişdi.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью