Papa Fransisk Viktor Orbanla görüşüb

04.12.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İtaliyada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ukraynadakı müharibə, onun humanitar nəticələri və sülh səyləri, Macarıstanın Avropa Şurasına sədrliyi çərçivəsində ümumi maraq doğuran məsələlər, həmçinin ailələrə və gənclərə dəstək mövzuları müzakirə edilib.

Tərəflər möhkəm və səmərəli ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb, Katolik Kilsəsinin Macarıstan cəmiyyətinin inkişafı və rifahının təşviqində göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub.


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью