Papa Fransisk Viktor Orbanla görüşüb

04.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İtaliyada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yarım saatdan çox davam edən görüşdə Ukraynadakı müharibə, onun humanitar nəticələri və sülh səyləri, Macarıstanın Avropa Şurasına sədrliyi çərçivəsində ümumi maraq doğuran məsələlər, həmçinin ailələrə və gənclərə dəstək mövzuları müzakirə edilib. Tərəflər möhkəm və səmərəli ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb, Katolik Kilsəsinin Macarıstan cəmiyyətinin inkişafı və rifahının təşviqində göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub.

Sonda hədiyyələrin mübadiləsi olub.

Qeyd edək ki, Viktor Orbanın Vatikana sonuncu səfəri 2022-ci ilin aprelində baş tutub. Papa Fransisk isə 2023-cü ilin aprelində Macarıstana səfər edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью