Papa Fransisk xəstəxanaya yerləşdirilib

14.02.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma Papası Fransisk xəstəxanaya gəlib.

BAKU.WS "Vatican News"a istinadən xəbər verir ki, o, bir sıra diaqnostik testlərdən keçməli və bronxit müalicəsini davam etdirməli olacaq.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti qeyd edib ki, Papa Fransisk bir neçə dəfə  tədbirlərdə hazırladığı çıxışlarını başqalarından oxumağı xahiş edib.

Xatırladaq ki, yanvar ayında Roma Papası Fransisin yıxılaraq sağ qolundan zədə aldığı bildirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью