Papa Fransiskdə böyrək çatışmazlığı başlayıb

24.02.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyəti ağır olaraq qalır. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Pontifikin vəziyyəti kritikdir, lakin o, dünən axşamdan bəri başqa heç bir tənəffüs böhranı keçirməyib. Papaya əlavə iki dəfə qan köçürülüb və bu, hemoqlobinin səviyyəsinin yüksəlməsinə səbəb olub. Onun trombositopeniyası (aşağı trombosit sayı) stabil qalıb, lakin bəzi qan analizləri yüngül böyrək çatışmazlığının başladığını göstərir və hazırda vəziyyət nəzarət altındadır. Papa burnundan yüksək axınlı oksigen qəbul edir. Şüuru yerindədir və ətrafdakılarla yaxşı ünsiyyət qurur. Klinik mənzərənin mürəkkəbliyi səbəbindən xəstəliyin gedişatını gözləmək lazımdır”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etbarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью