Papa Fransiskin son durumu: nəfəs almaqda çətinlik çəkir

22.02.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həkimlər xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı məlumat veriblər.

Publika.az xəbər verir ki, Romadakı “Agostino Gemelli” xəstəxanasının həkimləri polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulan pontifikin ən azı bir həftə daha xəstəxanada qalacağını açıqlayıblar. Roma Papasının sağlamlıq vəziyyətinin tam düzəlmədiyi, lakin həyati təhlükəsinin olmadığı bildirilib.

Papanın bəzən nəfəs almaqda çətinlik çəkdiyi, tənəffüs dəstəyi verən heç bir cihazdan istifadə etmədiyi və əhvali-ruhiyyəsinin yaxşı olduğu qeyd edilib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью