Papa Fransisklə Cozef Bayden arasında telefon danışığı olub AZƏRTAC

20.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vatikan, 19 dekabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı sülh səyləri, insan hüquqlarının təşviqi və dini azadlıqların qorunması istiqamətində müzakirələr aparılıb.

Papa Cozef Baydeni səlahiyyət müddəti başa çatmazdan əvvəl yanvarda Vatikana səfərə dəvət edib.

Qeyd edək ki, Cozef Bayden Ağ Evi tərk etməzdən əvvəl sonuncu səfərini yanvarın 9-12-də İtaliyaya və Vatikana edəcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью