Papa Fransisklə vidalaşmaq üçün 100 min insan növbə gözləyir

24.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Yüz minə yaxın insan Roma Papası Fransisklə vidalaşmaq fürsətini gözləyir.

AZƏRTAC xəbər verir ki, Papa Fransiskin tabutunun Vatikandakı Müqəddəs Pyotr Bazilikasına qoyulduğu aprelin 23-dən bəri onunla vidalaşmağa 48 min 600 insan gəlib, bu da kafedrala giriş qaydalarının dəyişdirilməsinə səbəb olub.

Bazilikanın yerli vaxtla gecəyarısı bağlanması planlaşdırılsa da, o, səhər saat 5:30-dək açıq qalıb. Təşkilati işlər və təmizlik üçün qısa müddətə bağlanılan kafedralın qapıları saat 7:00-da yenidən açılıb.

Pontifiklə vida mərasimi cümə günü saat 19:00-dək davam edəcək və bundan sonra tabut möhürlənəcək. Papa Fransiskin dəfn mərasimi aprelin 26-da Romadakı Santa-Maria-Maggiore kilsəsində keçiriləcək. Polşa Radiosunun məlumatına görə, mərasimdə 200 minədək insan iştirak edə bilər.

Xatırladaq ki, Roma Papası Fransisk uzun sürən xəstəlikdən sonra aprelin 21-də səhər saatlarında 88 yaşında vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью