Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nobel mükafatı laureatı, dünyaca məşhur musiqiçi Bob Dilan Vatikandakı Apostol Sarayında Papa XIV Leo ilə şəxsi görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, tarixi görüş diplomatik məzmunundan daha çox sənətçinin qeyri-adi geyim seçimi ilə beynəlxalq medianın gündəminə düşüb.
Papa XIV Leonun ənənəvi ağ libasda qatıldığı qəbula Bob Dilan qara üst geyimi, əlcək və başından çıxarmadığı qara kapüşonlu sviterdə gəlib.
Musiqiçinin Vatikanın katı protokol qaydalarına zidd olan bu tərzi görüşün özünü kölgədə qoyub. Mənzərə qarşısında Papa XIV Leo gülümsəyərək ona “Kostyumunu geyindiyin üçün təşəkkür edirəm, Bob!” sözləri ilə zarafatla müraciət edib.
Qısa sürən rəsmi görüş zamanı Papa XIV Leo Dilana müqəddəs təsbeh hədiyyə edib. Məşhur musiqiçi isə qarşılıq olaraq Papaya özünün “Chronicles: Volume One” adlı avtobioqrafik kitabını təqdim edib.
Qeyd edək ki, Papa XIV Leonun Bob Dilanın yaradıcılığına rəğbəti hər kəsə bəllidir. Cari ilin iyul ayında tərksilah və sülh mövzusunda işıq üzü görən kitabın ön sözündə Papa sənətçinin 1963-cü ildə qələmə aldığı müharibə əleyhinə “Go Away You Bomb” mahnısına istinad edərək ondan sitat gətirmişdi.