Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Roma Papası Fransisklə vida mərasimi keçirilir.
Globalinfo.az xəbər verir ki, mərasim Papanın Vatikandakı iqamətgahında baş tutub.
Məlumata görə, mərasimində Vatikan əməkdaşları, Papanın köməkçiləri iştirak edir.
“Sabah pontifikin tabutu Müqəddəs Pyotr bazilikasına aparılacaq. Mərasim isə üç gün davam edəcək”, – deyə bildirilib.
Digər tərəfdən, Papa Fransiskin şənbə günü, aprelin 26-da dəfn olunacağı bəlli olub.
Qeyd edək ki, o, aprelin 21-də, Pasxa bayramının ertəsi günü vəfat edib.
Əliya Xəlil Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.